İŞİD qruplaşması lideri Əbu Bəkr Əl-Bağdadinin yeni fotolarını yayımlanıb.
Şəkillərin İraqın Əl-Falluca şəhərindəki məsciddə çəkildiyi ehtimal olunur. Onun məsciddə uşaq və yeniyetmələrlə danışdığı görünür.
Əbu Bəkr Əl-Bağdadi çox az hallarda ictimaiyyət önünə çıxır. Onun sonuncu audioyazısı ötən ilin dekabrında yayımlanmışdı.
ABŞ Əl-Bağdadinin başına 10 milyon dollar pul qoyub.(modern)