İŞİD liderlərindən biri öldürüldü

isid_2dh5756756İŞİD qruplaşması ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın Rakka şəhərinə endirdiyi hava zərbəsi nəticəsində liderlərindən birinin öldürüldüyünü təsdiqləyib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, sentyabr ayında bombardman zamanı ölən Salman əl-Fayad (o, həmçinin doktor Vail kimi tanınırdı) İŞİD qruplaşmasının “informasiya naziri” sayılırdı.

Sentyabrın 7-də Pentaqonun nümayəndəsi Piter Kuk Suriya ərazisində endirilən hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən birinin məhv edildiyini bəyan edib: “İŞİD-in “informasiya naziri” hesab edilən Salman əl-Fayad Rakka şəhəri yaxınlığında məhv edilib”.