!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD Misirdəki dəhşətli terror aktına görə məsuliyyəti üzərinə götürüb

!Reklam – Yazi

isidİŞİD terror qruplaşması Misirin paytaxtı Qahirə şəhərindəki kilsədə baş vermiş dəhşətli terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qeyd edək ki, hadisə bazar günü, paytaxtda, Abbasidəki kilsədə qeydə alınıb. Terror aktı zamanı 25 nəfər ölüb, 49 nəfər yaralanıb.

Misirin prezidenti Əbdül Fəttah əs-Sisi matəm mərasimində bildirib ki, hadisəni gənc terrorçu törədib. Faktla bağlı 4 nəfər – 3 kişi və 1 qadın saxlanılıb. Onlar terror aktına hazırlıq planını həyata keçirməkdə, kamikadzeyə təlim keçməkdə, terror aktının yerini seçməkdə, habelə terrorçunu sığınacaqla təmin etməkdə şübhəli bilinirlər.

Yenicag.az

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv