Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada terror aktının qarşısını alıb.
Yenicag.az “Sputnik”ə istinadən xəbər verir ki, terror təşkilatı Rusiyanın paytaxtında partlayış törətməyə nail ola bilməyib. FTX-nin uğurlu əməliyyatı nəticəsində 4 İŞİD-çi saxlanılıb.
Qeyd edək ki, terrorçular Novıy Urenqoy şəhərindən paytaxta gəliblər. Onlar Suriyadakı mərkəz ilə Teleqram mesenceri vasitəsilə əlaqə saxlayırmışlar.