İŞİD terror qruplaşması ələ keçirdiyi əraziləri itirməyə başlayıb.
Yenicag.az saytı Türkiyə mediasına istinadən məlumat verir ki, koalisiya qüvvələri ilə birlikdə əməliyyatlar keçirən İraq ordusu və Peşmərgə qüvvələri bir sıra əraziləri geri ala bilib.
Bildirilir ki, birləmiş qüvvələr Mosul, Ənbar , Kərkük və Diyalada bir neçə qəsəbə və yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər. Peşmərgə döyüşçüləri də Mosulun şimal hissəsini geri almağı bacarıblar.
Qeyd edək ki, İŞİD terroçuları ilk dəfə geri çəkilmək məcburiyyətində qalıb və irəliləyişi dayandırılıb.