!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD öz komandanını həbs etdi - “İçəridəki xain” kimləri ABŞ-a satıb? - Təfərrüat  

!Reklam – Yazi

İŞİD terror qruplaşmasına bağlı Xalid ibn Vəlid ordusu öz komandanı Əbu Əli Şubatı Suriyanın Dera adlı qərb səhrasında həbs edib. 

Yenicag.az xəbər verir ki, bölgədəki aktivistlər bu barədə açıqlama yayıblar. Şubatın həbs olunmasının səbəbi olaraq, onun Beynəlxalq Koalisiyaya agentlik etməsi göstərilir.

İŞİD-in öz komandirinə qarşı irəli sürdüyü əsas ittiham, Şubatın İŞİD-in əsas komandanları ilə görüşdən tez ayrılmasının ardından həmin bölgənin bombalanaraq, o toplantıya qatılanların öldürülməsidir.

Belə ki, Əbu Əli Şubatın koalisiyaya xəbər verməsi nəticəsində, İŞİD-in önəmli komandanlarından Əbu Məhəmməd əl-Makdisi, Əbu Təmim Əncəl və digərlərinin bombalanaraq, öldürüldüyü ehtimal olunur.

Yenicag.az

www.yenicag.az

1190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv