“İŞİD-PYD ittifaqı ABŞ-ın Rusiya və Türkiyəyə cavabıdır” – Rusiyalı politoloq

 

PYD və İŞİD terrorçuları arasında bu yaxınlarda əldə olunan razılığı, Yenicag.ru-ya rus politoloq, İslam Araşdırmalar Mərkəzinin və İnnovativ İnkişaf İnstitutunun rəhbəri Kiril Semyonov şərh edib.

Ekspert bildirib ki, imza və möhürlərlə təsdiq edilən razılaşmanı həm Rusiya, həm də Türkiyəyə “böyük hədiyyə” adlandırmaq olar.

“PYD başçıları öz-özlərinin düşmən deyil. Hətta İŞİD-lə hər hansı razılaşma əldə olunsaydı belə, bunu heç vaxt rəsmən təsdiqləməzdilər. Çünki bu sənədlərin heç bir hüquqi əsası və gücü yoxdur.

“Eyni zamanda heç kimə sirr deyil ki, atəşkəsin bərpası və “xilafət” güclərinin bölgələrdən çıxarılması üçün əvvələr də İŞİD-lə müqavilələr bağlanılırdı. Bunu PYD-nin Mönbiç uğrunda apardığı döyüş zamanı Əsəd rejiminin gücləri edirdi. Bundan sonra Əsəd gücləri İŞİD qruplaşmasını bu istiqamətdə gücləndirərək, PYD-yə qarşı gedən döyüşlərdə istifadə edirdilər”, deyə Semyonov əlavə edib.

Atəşkəsə gəlincə, politoloq bildirdi ki, Əsəd rejiminin gücləri vəziyyətə faktiki olaraq, İŞİD-lə nəzarət edirdi, bu da öz növbəsində Yarmuk düşərgəsinin böyük hissəsini əldə saxlamağa imkan verirdi:

“Orada çoxdandır heç bir hərbi əməliyyat aparılmır. Əvəzində isə əməliyyatlar Şərqi Qutada müxalif qruplara qarşı həyata keçirilir. O qruplar ki onlarla həqiqətən də atəşkəsin bərpası üçün razılaşma əldə olunub. Eyni şəkildə, Türkiyə də vaxtı ilə nəinki İŞİD-lə atəşkəsə riayət edirdi, həmçinin, bütünlüklə, özü də istəmədən İŞİD-in möhkəmlənməsinə səbəb olurdu.

Beləliklə, əgər PYD ilə İŞİD arasında hansısa razılaşma əldə olunubsa, PYD-nin bu mövzuda ilk olmadığını demək lazımdır. Lakin razılaşmanı kağız üzərinə köçürtməyə ehtiyac yox idi, çünki bu halda sənədlərin gerçəkliyi ilə bağlı şübhələr yaranırdı”.

Politoloq açıqlamasında onu da qeyd etdi ki, İŞİD və PYD arasında hər hansı razılaşma istisna deyil. Onun sözlərinə görə, yaddan çıxartmaq olmaz ki, PYD sıralarında olduğu kimi, İŞİD-in tərkibində də ərəb tayfalarından olan çox sayda nümayəndə var.

“2015-ci ildə İŞİD-ə qarşı üsyana qalxan “Şaytat” tayfasını yada salmaq kifayət edər. Üsyanın qəddarcasına yatırılmasından sonra tayfanın bir hissəsi kürdlərin nəzarəti altında olan bölgələrə keçdi, digərlləri isə İŞİD-in hakimiyyətini qəbul etməyə məcbur olaraq, PYD-yə qoşuldular.

O qruplaşmanın tərkibində öz döyüşçülərini İŞİD-ə verməyə məcbur olan daha bir neçə dəstə var. Bu səbəbdən, bir hissəsi PYD-yə qoşulan, digər hissəsi isə İŞİD-in hakimiyyətini qəbul etməyə məcbur olan müxtəlif tayfa nümayəndələri arasında danışıqların getdiyini istisna etmək olmaz. Həmin fraksiyalar, minimal itki ilə İŞİD-dən qurtulmağa çalışırlar”.

Tərkibində narazı ərəblərin olduğunu nəzərə alaraq, PYD-nin dağılma ehtimalının olub-olmadığı barədə də söz açan ekspert, ərəblərin hər zaman kürdlərdən narazılığını dilə gətirib.

“Həmin vəziyyət PYD-nin formalaşdığı zaman da mövcud idi. Düzdür, onda ittifaqın opponentləri tərəfindən ümumiyyətlə, “ərəb komponenti” anlayışı inkar edilirdi. Ancaq indi bu anlayışı qəbul etməyə məcburdular. Türkiyəpərəst qüvvələr PYD-nin ərəb döyüşçülərini öz tərəflərinə çəkməyə söz veriblər. Lakin buna nə dərəcədə nail olacaqları barədə heç bir proqnoz verə bilmirəm.

Eyni zamanda, əgər Səudiyyə Ərəbistanı və BƏƏ həqiqətən də Suriyanın Cəzirə və Rakka vilayətlərinin ərazilərinin bərpası məsələsində aktiv şəkildə iştirak etməyə hazırdırlarsa, düşünürəm ki, bu, PYD-nin kürd-ərəb ittifaqı kimi qorunmasına təminat yarada bilər”.