!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD Qərbi Mosulda tamamilə mühasirəyə alınıb

!Reklam – Yazi

İraqın Mosul şəhərinin qərb hissəsindəki İŞİD terrorçuları tamamilə mühasirəyə alınıb.

“Report”un məlumatına görə, bu barədə “Associated Press” ABŞ-ın İŞİD-lə mübarizə koalisiyasının xüsusi nümayəndəsi Brett MakQarka istinadən xəbər verib.

B. MakQark vurğulayıb ki, İraq hərbçiləri Mosula aparan sonuncu yola da nəzarəti ələ keçiriblər. Bununla da ərazidəki terrorçular tamamilə mühasirəyə alınıb.

Onun sözlərinə görə, qruplaşma İraqda işğal etdiyi ərazinin təxminən 60 faizini itirib.

Qeyd edək ki, İraq hərbçilərinin Mosulu İŞİD terrorçularından mart ayı ərzində tamamilə azad edəcəyi bildirilir.

Yeniçağ.Az

www.yenicag.az

652
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv