Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İŞİD Səudiyyə Ərəbistanını hədələyib

10ae694fbb3e19eef6a823c788109fb9İŞİD terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid edib.

Buna səbəb yanvarın 2-də Səudiyyə Ərəbistanında edam edilən 47 nəfərin 43-ün “Əl-Qaidə” ilə əlaqədə ittiham olunmasıdır. İŞİD Səudiyyə Ərəbistanında həbsdə olan “Əl-Qaidə” üzvlərinin azad olunması üçün onların saxlandığı Əl-Hair və Tarfiya həbsxanalarına hücum etməklə hədə-qorxu gəlib. “Həmişə məhkumların azad olunmasına çalışırıq, lakin bu problemin həlli tiran idarəçiliyi aradan qaldırılmadan, həbsxanalar yerlə yeksan olunmadan mümkün görünmür” – deyə İŞİD-in yaydığı məlumatda qeyd edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında edam edilənlərin arasında şiə lider Nimr ən-Nimr də olub. Bu hadisə İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yaradıb, iki ölkə arasında diplomatik əlaqələr kəsilib.(APA)

www.yenicag.az

336