İŞİD terror qruplaşmasının sıralarında 1800 Rusiya vətəndaşı döyüşür.
Bu barədə Rusiya DİN rəhbəri Vladimir Kolokoltsev bildirib.
“DİN-in hesablamalarına görə, İŞİD sıralarında 1800 Rusiya vətəndaşı döyüşür, 477 cinayət işi başlanıb”, deyə o qeyd edib.
Bundan əvvəl Rusiya Milli Antiterror Komitəsi Suriyada İŞİD terror qruplaşmasının sıralarında 800-1500 Rusiya vətəndaşının vuruşduğunu bildirib, onlardan 170 nəfərinin döyüşlərdə öldüyü qeyd olunub.\apa\