İŞİD təbliğatçısı adlandırılan Əlixan Musayev yenidən aktivləşir

əlixan musayevVətəninfo.az-a daxil olan məlumata görə bir müddətdir haqqında cinayət işi açılan və Dini Qurumlarla İş üzrə Dövlət Komutəsinin ekspertiza şöbəsinin rəyinə görə Azərbaycanda bir nömrəli radikal dini təbliğatçı adlandırılan Əlixan Musayev yenidən aktiləşməyə başlayıb.

Son zamanlar Suryiyada radikal dini qurplaşmaların canlı qüvvəsinin azalması müşahidə olunduqdan sonra,müxtəlif ölkələrdəki radikal quruplaşmalar Suriyaya cihad adı altında əlavə qüvvələrin göndərilməsi istiqamətində təlimat alıblar.Belə təlimatlardan birinin də Əlixan Musayevə verildiyi qeyd edilir.Məlimatda o da vurğulanır ki,Əlixan Musayev də bu təlimata uyğun olaraq ətrafında yeni qüvvələr cəmələməkdədir.Eyni zamanda keçirdiyi görüşlərdə bu radikal dindar insanlara bildirir ki, Mosul İŞİD-in əlindən alınsa da yenə də İŞİD islam dövləti qurmağa qadirdir. Onun bu yolla radikal dindarlara ruh yüksəkliyi arşıladığı vurğulanmaqdadır.

Son daxil olan məlumatda vurğulanır ki, bu yaxınlara Azərbaycana Kuveyt dövlətindən gələn bir neçə ərəblə Əlixan Musayevin görüşüb.

Bu görüşdən sonra isə Musayevin fəallığının artdığı qeyd edilməkdədir.

Qeyd edək ki, bir müddət əvvəl Əlixan Musayevin cihada çağrışı ölkənin mediası tərəfindən davamlı gündəmdə saxlanılmaqda idi. Vurğulayaq ki, Əlixan Musayevin gizli səs yazısına dini komitənin rəyinə və onunla bağlı cinayət işinin açılmasına baxmayaraq hələ də haqqında hansısa bir müvafiq tədbir görülməməkdədir. Maraqlıdır ki, ölkənin müvafiq orqanları belə radikal təbliğatçını hələ də başı boş buraxaraq ətrafına müxtəlif adamlar toplamasına rəvac verməkdədirlər.

Vətəninfo.az

COP29