İŞİD terror qruplaşması rəhbərlərinin gizləndiyi yer məlum olub

İŞİD terror qruplaşmasının rəhbərlərinin çoxu Suriyanın Rakka, habelə İraqın Mosul şəhərindən Əl-Məyadin şəhərinə qaçıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” ABŞ və Suriyadakı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, terrorçuların rəhbərləri əsasən İraqla sərhəddə yerləşən Deyr-ez-Zor vilayətinin Əl-Məyadin şəhərində toplaşıblar.

İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrından ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə davam edir. İraq hərbçiləri əvvəlcə şəhərin şərq hissəsini azad ediblər, fevraldan isə qərb hissəsində əməliyyata başlayıblar.

Rakka 2013-cü ildən İŞİD-in nəzarəti altındadır. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı hesab edilir.

Yenicag.az

COP29