!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD terrorçuları Mosulun əsas məscidini partladıblar

!Reklam – Yazi

İŞİD terrorçuları Mosulda “Ən-Nuri” məscidini partladıblar.

Yenicag.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə İraq silahlı qüvvələrinin açıqlamasına deyilir.

Qeyd edək ki, “Ən-Nuri” məscidi Mosulda əsas məscid sayılır.

3 il əvvəl məhz bu məsciddə İŞİD qruplaşmasının başçısı əl-Bağdadi çıxış edərək, yeni xəlifəliyin yarandığını və özünü onun rəhbəri elan etmişdi.

Mosul üzərində nəzarətin bərpası üzrə quru əməliyyatları ötən il oktyabrın 17-də başlanıb. Yanvarın sonlarında hökumət qüvvələri beynəlxalq antiterror koalisiyası aviasiyasının dəstəyi ilə Mosulun şərq hissəsinə nəzarəti ələ keçirməyə nail olub. Fevralda isə İraq ordusu qərbi Mosula hücuma keçib.

Yenicag.az

www.yenicag.az

868
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv