İŞİD terrorçuları Mosulda “Ən-Nuri” məscidini partladıblar.
Yenicag.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə İraq silahlı qüvvələrinin açıqlamasına deyilir.
Qeyd edək ki, “Ən-Nuri” məscidi Mosulda əsas məscid sayılır.
3 il əvvəl məhz bu məsciddə İŞİD qruplaşmasının başçısı əl-Bağdadi çıxış edərək, yeni xəlifəliyin yarandığını və özünü onun rəhbəri elan etmişdi.
Mosul üzərində nəzarətin bərpası üzrə quru əməliyyatları ötən il oktyabrın 17-də başlanıb. Yanvarın sonlarında hökumət qüvvələri beynəlxalq antiterror koalisiyası aviasiyasının dəstəyi ilə Mosulun şərq hissəsinə nəzarəti ələ keçirməyə nail olub. Fevralda isə İraq ordusu qərbi Mosula hücuma keçib.