İŞİD Türkiyənin bir neçə yüz metrliyində – CANLI XƏBƏR

e7c8d990cb23d3d8a4471188c47beb93Lent.az-ın əməkdaşı Türkiyə-Suriya sərhədindən xəbər verir

Türkiyənin Qaziantep vilayətinin Şəhid Kamil kəndində yerli polisin keçirdiyi əməliyyat zamanı 2 maşın saxlanılıb. Həmin maşında İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən 17 şəxs müəyyənləşdirilib. Onlardan 14-nün əcnəbi, qalan 3-nün isə Türkiyə vətəndaşı olduğu təsbit edilib. Türkiyə vətəndaşları yerli polisə təhvil verilib. Əcnəbilərin isə ölkədən deportasiya ediləcəyi gözlənilir.

Bu arada Türkiyənin sərhədindən bir neçə yüz metr aralıda İŞİD Suriyanın 4 kəndini ələ keçirib. Azad Suriya ordusu ilə İŞİD terrorçuları arasında gedən döyüşlərdə Azad Suriya ordusunun 15 əsgəri ölüb, 30-dan çoxu yaralanıb.

Hazırda işğal olunan kəndlərin təxminən 60 minədək əhalisi Türkiyə sərhədinə sığınıb. Türkiyə tərəfi isə sərhədi tank və zirehli maşınlarla nəzarətdə saxlayır. Atışma və partlayış səsləri artıq Türkiyə sərhədinin bir neçə yüz metrliyindədir(lent).