Yaponiya iki girov vətəndaşının azad edilməsi üçün İŞİD terror qruplaşmasına 200 milyon dollar ödəyə bilər.
Yenicag anspress-ə istinadən bildirir ki, Yaponiya hökümətinin səlahiyyətlisi Yoşihide Suqa verdiyi açıqlamada bildirib ki, girovların azad olunması üçün lazım olan bütün addımlar atılacaq:
“İki Yaponiya vətəndaşını öldürmək barədə İŞİD yaraqlılarının hədəsi qəbul olunmazdır. Biz bu insanların həyatını qorumaq üçün lazım olan bütün addımları atacağıq. Tələb olunan məbləğin ödənilməsinin mümkünlüyünü inkar etmirik və hazırda bu variant nəzərdən keçirilir. Məsələ ilə əlaqədar hazırda Fələstində səfərdə olan baş nazir Şinzo Abe ilə əlaqə saxlamışam. Baş nazir bildirib ki, Yaponiya insan həyatının prioritet olması mövqeyindən çıxış edəcək”.
İŞİD terror qruplaşması girovların azad edilməsi üçün 200 milyon dollar tələb edir. Həmin məbləğ 72 saat ərzində ödənilməyəcəyi təqdirdə girovların edam olunacağı bildirilir.