İşığın qiyməti bahalaşacaq? – “Azərişıq”dan CAVAB

Sosial şəbəkələrdə Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılacağı ilə bağlı məlumat yayılıb. Bildirilir ki, qiymətin artırılması ilə bağlı “Azərişıq” Tarif Şurasına müraciət edib.

“Azərişıq” ASC-dən Yenicag.az-a verilən açıqlamada yayılan məlumat təkzib edilib və informasiyanın həqiqətə uyğun olmadığı bildirilib.

Qeyd edək ki, hazırda elektrik enerjisinin qiyməti 300 kilovatadək 7 qəpik, limit keçdikdən sonra isə 11 qəpik hesablanır.