Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İşığın qiyməti qalxacaq? - Nazirdən açıqlama

Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı tariflərin artırılması məsələsinə də münasibət bildirib.

Yenicag.az xəbər verir ki, nazir işıqla suyun tariflərinin artırılmasını istəmədiyini bildirib: “Tarifləri artıra bilmərik. Çünki, bu, əhalinin maddi güzəranına bilavasitə təsir edir. Bu isə həmin qurumların maliyyə vəziyyətinə mənfi təsir göstərir. Ona görə də, çalışmalıyıq ki, razılığa gəlinə biləcək variant tapaq”.

Bundan başqa nazir qeyd edib ki, gələn il dövlət büdcəsində “Azərişıq”ASC-yə 55 mln. manat ssuda verilməsi, “Azərsu” ASC-yə isə 22 mln. manat vəsait ayrılması nəzərə tutulur. Bu da əsasən tarif strukturları ilə bağlıdır.

www.yenicag.az

2765
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM