!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşıq və qazda QİYMƏT ARTIMI: "Ümumi bahalaşmaya səbəb olacaq" - Ekspert

!Reklam – Yazi

“Kommunal ödənişlərin artması ümumi bahalaşmaya səbəb olacaq”.

Bu sözləri Tarif Şurası tərəfindən kommunal xərclərin artırılmasına münasibət bildirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət qurumlarının xərclərinin idarə olunmasında problemlərin olması vətəndaşların üzərinə düşən yükü daha da artırır:

“Qiymət formalaşmasında müəssisənin hansısa məhsul və xidməti realizə etməsi üçün müəyyən xərclər var. Bu xərclərə əməkhaqqı, vergi ödəməsi və digər izafi məsələlər daxildir. Həmin xərclərin üzərinə müəyyən faizlə mənfəət əlavə edilir və bu şəkildə qiymət formalaşması həyata keçirilir. Ölkəmizdə dövlət büdcəsi və təşkilatların kooperativ idarəetməsində müəyyən boşluqlar mövcuddur. Tarif Şurasında qiymətlərə yenidən baxılmaqdansa, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” ASC, “Azərneft” İstehsal Birliyi, “Bakı Metropoliteni” QSC və digər dövlət qurumlarında kooperativ idarəetmə ilə bağlı instisional islahatlar aparılmalıdır. Həmin qurumların inzibati xərcləri azaldılmalı, investisiya yatırımı etdikləri yerli və xarici layihələrə yenidən nəzər salınmalıdır. Bununla yanaşı, proseslərin qiymətləndirilməsi metodları tətbiq olunmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv