“Elektrik enerjisinin verilişində yaranan fasilənin metroda qatarların hərəkətinə təsiri çox olmayıb”.
Yenicag.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, yalnız eskalatorlar bir neçə stansiyada dayanıb. Problem qısa müddətdə də aradan qaldırılıb.