!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İslahatlar icra başçılarından başlamalıdır”

!Reklam – Yazi

1478767669_azerrrr“Referendumdan sonra ölkədə müxtəlif istiqamətlərdə islahatların aparılması ilə bağlı anonslar verildi. Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq artıq bəzi sahələrdə islahatlara start verilib”

Bu barədə saytımıza açıqlamasında ASGA Analitik Təhlil mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev ölkədə aparılan islahatlara münasibət bildirərkən deyib: “Sevindirici haldır ölkədə hər hansı sahədə problem, gərginlik yaşanırsa dərhal Cənab prezident müdaxilə edir və xalqın, ölkə vətəndaşlarının maraqlarına xidmət edən tapşırıqlar verir. Lakin problemlər kifayət qədərdir. Hesab edirəm islahatların böyük bir qismi icra qurumları ilə bağlı olmalıdır. Təəssüflə qeyd etməliyəm ki, az sayda icra başçıları istisna olmaqla digərləri dərhal vəzifədən azad edilməlidir. İcra başçısı, nazirliklərə rəhbər gətirələcək şəxslər enerjili, savadlı, dünyagörüşlü, bir neçə dili bilən gənclərdən ibarət olmalıdır. Eyni zamanda vətəndaş cəmiyyətinin üzvləri dövlət idarəçiliyində önə çəkilməlidirlər. Prezident dəfələrlə düşmənlə mübarizədə intellektual vasitələrdən istifadənin zəruri olduğunu deyib. Dam örtüyü üçün nəzərdə tutulan materiala bayraq şəkli çəkib üzərini mundarlamaq mübarizə metodu deyil. Əkinə, düşmənin bizim haqqımızda varvar iddialarına material verməkdən ibarətdir. Hesab edirəm dünyada baş verən iqtisadi gərginliklər fonunda Avropaya, dünyaya çıxa biləcək gənclərin icra qurumlarına rəhbər gətirilməsi dünyada da ölkəmizə qarşı münasibəti daha da pozitivə doğru dəyişə bilər”

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv