“İslahatlara mane olan məmurları təmizləmək lazımdır” – Sabiq dövlət müşaviri

“Müşavirədə qeyd olunanlar prezidentin ölkədə kadr islahatlarının aparılacağına yönəlik mesajı da hesab oluna bilər”.

Bu fikirləri Yenicag.az-a açıqqlamasında prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin doqquz aylıq sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə islahatların dərinləşdirilməsinin zəruriliyi haqda səsləndirdiyi fikirləri şərh edən sabiq dövlət müşaviri “İslahatlara mane olan məmurları təmizləmək lazımdır” – Sabiq dövlət müşavirideyib.

Qabil Hüseynlinin sözlərinə görə, başlanmış islahatların ölkə həyatının bütün sahələrini əhatə etməsi vacibdir:

“Birbaşa qeyd edə bilərik ki, Azərbaycanda ağır sənaye sahəsi zəif inkişaf edib. Bu sahəyə sərmayə qoyulmalıdır. Üstəlik korrupsiya, rüşvət, məmur özbaşınalığına qarşı ciddi mübarizə aparılmalıdır. Qeyri-neft sektorunun inkişafını ön plana çəkmək lazımdır. Prezidentin islahatların davam etdiriləcəyinə dair fikirləri adları çəkilən sahələrə daha artıq diqqət yetiriləcəyini söyləməyə əsas verir.

Eyni zamanda prezident qeyd edib ki, islahatların aparılmasına hökümətin daxilində bəzi qüvvələr mane olur. Bəzi məmurlar gənc və prespektivli kadrların işinə əngəl törədir, əl altından onların işinə kölgə salmağa çalışırlar. Bu fikirlər prezidentin ölkədə kadr islahatlarının aparılacağına yönəlik mesajı da hesab oluna bilər.

Əgər islahat aparılacaqsa və bu islahatlar ölkənin həyatını yeniləşdirəcəksə, buna mane olacaq məmurları təmizləmək lazımdır. Büdcənin formalaşdırılması zamanı xərclərin şişirdilməsini də prezident haqlı olaraq, ciddi surətdə tənqid edib. Çünki xərclərin şişirdilməsi gələcəkdə büdcə vəsaitlərinin mənimsənilməsinə yol açır”.

Qabil Hüseynli ölkədə mövcud olan neqativ hallara qarşı ciddi, barışmaz mübarizə aparılmasının vacibliyi qənaətindədir:

“Büdcə vəsaitləri təyinatı üzrə dəqiq xərclənməlidir. Sovet dövründən qalma müəssələrin bəzilərinin işə salınması istiqamətində işlər görülməlidir. Təsəvvür edin, Özbəkistanda Sovet dövründən qalma müəssələrin 94 faizi işləyir. Bizim ölkədə bu rəqəm xeyli aşağıdır”.

Ölkədə ciddi kadr islahatlarının da həysata keçiriləcəyini deyən sabiq dövlət müşaviri bildirib ki, yeni təfəkkürlü, dünyada və ölkədə gedən prosesləri qavramağı, bu istiqamətdə hərəkət etməyi bacaran kadrların iş başına gətirilməsi xeyli aktuallaşacaq.

Səxavət Məmməd

COP29