İslam dünyasının böyük qələbəsi: BMT Trampın qərarını ləğv etdi

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının təcili iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarı müzakirə edilib. ABŞ-ın qərarına dair səsvermə keçirilib. Səsvermədə 128 ölkə qərarın ləğvinə dair müsbət səs verib. 9 ölkə qərarın qüvvədə qalmasına səs verib, 35 ölkə neytral qalıb.

Sonda qərarı pisləyən qətnamənin qəbulu gözlənilir.

Qeyd edək ki, iclas İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edən Türkiyə və Yəmənin təşəbbüsü ilə çağırılıb.

COP29