Reklam

Reklam

????????????????????????????????????

İslam Həmrəylik Oyunları Azərbaycanda növbəti bir idman bayramı olacaq.

Bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəylik İdman Federasiyasının bu gün Bakıda keçirilən 9-cu Baş Assambleyasında çıxışında deyib.

A.Rəhimov qeyd edib ki, Azərbaycan Oyunlar keçirilməsi istiqamətində lazımi addımlar atır. Nazir xatırladıb ki, İslam Həmrəylik Oyunlarının keçirilməsi məqsədilə Azərbaycan dövləti tərəfindən Təşkilat Komitəsi yaradılıb.

Nazir bildirib ki, Azərbaycanın bu cür beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə böyük təcrübəsi var.

Azərbaycanın Birinci Avropa Oyunlarına və digər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini vurğulayan A.Rəhimov bildirib ki, İslam Həmrəylik Oyunları da idman bayramı kimi qeyd olunacaq və unudulmaz anlar yaşanacaq.

Nazirin sözlərinə görə, Oyunlarda ən azı 1500 heyət üzvü və 5 mindən çox idmançı iştirak edəcək(7news.az).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 227
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.