İslam Həmrəyliyi Oyunlarnın bağlanış mərasimi başladı – FOTO

Türkiyənin Konya şəhərindəki 15 İyul Stadionunda V İslam Həmrəyliyi Oyunlarnın bağlanış mərasimi başlayıb.

Yenicag.az xəbər verir ki, mərasimə Azərbaycandan rəsmi şəxs qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov qatılıb.

Əvvəlcə Türkiyənin Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçı 56 ölkənin rəsmi keçidi olub. Azərbaycan bayrağını 3×3 basketbolçu Zaur Paşayev daşıyıb.