!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İslam həmrəyliyi - zamanın çağırışı" - Beynəlxalq Konfrans işinə start verdi

!Reklam – Yazi

Bakıda Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi – zamanın çağırışı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Yeniçağ.az-ın məlumatına görə, konfransda 15 ölkədən 30-dək xarici qonaq, bir sıra müsəlman ölkələrinin səfirləri, din, elm və siyasət xadimləri iştirak edib.

Konfransı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə açıb.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi, Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb. Daha sonra Azərbaycanda dini tolerantlıqla bağlı videoçarx nümayiş olunub.
Konfransda çıxış edən Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışında qeyd edib ki, tarixən çoxmillətli və çoxkonsepsiyalı dövlət olan Azərbaycanda sabitlik mövcuddur:

“Bu gün də Azərbaycan İslam dünyasının önündə gedən dövlətlərdən biridir.
Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir.

İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir. Bu gün dünyada dini və milli zəmində ekstremizmin tüğyanı, ksenofobiya, islamofobiya və radikalizmin təzahürləri sivilizasiyalar arasında, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir. Bu təhdidlərdən yalnız səyləri birləşdirməklə, dinlər arasında əməkdaşlıqla qurtulmaq olar”.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin “İslam həmrəyliyi – zamanın çağırışı” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı təbrik məktubu səsləndirilib. Təbriki Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla oxuyub:

“Azərbaycanda ən qədim zamanlardan müxtəlif dinlərə məxsus insanlar yaşayıb. Bu gün də Azərbaycan dini tolerantlıq ənənələrini davam etdirir. Azərbaycanda bu səpkidə bir çox beynəlxalq tədbir keçirilib. Bunun davamı olaraq, bu il İslam Həmrəyliyi oyunları keçiriləcək. İslam həmrəyliyi olduqca vacib amildir və bununla bağlı ciddi addımlar atılmalıdır. Ümidvaram ki, bugünkü konfrans da İslam aləminə öz töhfəsini verəcək”.

Aygün İlqarqızı
Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv