Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb.
Yenicag.az Azərbaycan Milli Antidopinq Federasiyasının (AMADA) rəsmi saytına istinadən məlumat verir ki, bu dəfə atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyevanın dopinq-testi müsbət nəticə verib.
23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu üzə çıxıb. 3 təkanla tullanmada İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısının (Palembankda qızıl, Bakıda bürünc medal) orqanizmində furosemid aşkarlanıb. Bu səbəbdən də Sarıyeva 12 aylıq diskvalifikasiya olunub.