Bakıda şair-dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərlinin barelyefi oğurlanıb.
Yenicag.az xəbər verir ki, bununla bağlı dramaturqun oğlu Səbail Rayon Prokurorluğuna müraciət edib.
O, müraciətində bildirib ki, İslam Səfərlinin Səbail rayonu ərazisində yerləşən barelyefi naməlum şəraitdə yoxa çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İslam Səfərli 1923-cü ildə Naxçıvanda anadan olub, 6 noyabr 1974-cü ildə Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. Onun “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və s. əsərləri tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.