İslamiada: 1/4 finalda Azərbaycan – Türkiyə dueli

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib.

Yeniçağ.Az xəbər verir ki, daha bir təmsilçimizin rəqibi müəyyənləşib.
Belə ki, 60 kq. çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev 1/4 finalda türkiyəli Hakan Doğanla qarşılaşacaq.
Türkiyə təmsilçisi 1/8 finalda Qayanadan olan boksçu Yoel Volliamsonu mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, Cavid Çələbiyev – Hakan Doğan dueli mayın 14-də baş tutacaq.

Yeniçağ.Az