!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İslamiada: 9 cüdoçumuz finalda

!Reklam – Yazi

Bu gün İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarına start verilib.

Mötəbər yarışın ilk günündə cüdoçular 7 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparırlar. Kişilərin mübarizəsində 60 kq, 66 kq. və 73 kq., qadınlarda 48 kq., 52 kq., 57 kq. və 60 kq. çəki dərəcəsində qaliblər müəyyənləşəcək. İslamiadanın ilk günü milli komandamızın 9 üzvü adını finala yazdırıb. Kişilərdən ibarət millimizin üzvlərindən Orxan Səfərov (60 kq.), Nicat Şıxəlizadə (66 kq.), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 73 kq.) çempionluq üçün mübarizə aparacaq. Finalda Orxan Səfərov Türkiyə təmsilçisi Bəkir Özlü, Nicat Şıxəlizadə əlcəzairli Houd Zourdani ilə qarşılaşacaq. 73 kq. çəki dərəcəsinin finalında isə Azərbaycan dueli olacaq. Hidayət Heydərovla Rüstəm Orucov bu çəkinin qalibini müəyyənləşdirəcək.

Qadınlardan isə Aişə Qurbanlı, Erdenebat Bazarraqça (hər ikisi 48 kq.), Nəzakət Əzizova (52 kq.), Kifayət Qasımova (57 kq.) və Xanım Hüseynova (63 kq.) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, final görüşlərinə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, cüdo yarışları Heydər Əliyev adına Bakı İdman Sarayında keçirilir.

Yeniçağ.az

 

www.yenicag.az

944
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv