IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə 20-cı qızıl medal yazılıb.
Yeniçağ.Az xəbər verir ki, bu, 84 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayevin sayəsində olub. Təmsilçimiz finalda türkiyəli Alparslan Yamanoğlunu minimal hesabla məğlub etməyi bacarıb – 1:0.
Qeyd edək ki, Mamayev “Bakı-2015″də də eyni uğura imza atmışdı. O, 2013-cü ildə keçirilən İslam Həmrəyliyi Oyunlarında da qalib olub.
Yeniçağ.Az