İslamiada: Boksçumuz qələbə ilə başladı

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib.

Yeniçağ.Az xəbər verir ki, boksçularımızdan ilk olaraq rinqə Məhəmmədrəsul Məcidov (+91 kq) çıxıb.
Təmsilçimiz 1/8 final mərhələsində qazaxıstanlı Nurlan Saparbəylə üz-üzə gəlib. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İkiqat dünya çempionumuz növbəti mərhələdə Misirdən olan Uosri Hafizlə üz-üzə gələcək. Sözügedən duel mayın 15-də olacaq.

Yeniçağ.az