Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

İslamiada: Həndbolçuların mübarizəsində ilk turun görüşləri keçirilib  

Reklam: High Technic

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında bu gün həndbol yarışlarına start verilib.

Yeniçağ.Az xəbər verir ki, İslamiadanın ikinci yarış günündə kişi həndbolçulardan ibarət 8 yığma 2 qrupda, qadınlar isə 4 komandalı qrupda ilk turun oyunlarına çıxıblar.

Azərbacanın hər iki millisi ilk tur matçlarından qalib ayrılıb. A qrupunda yer alan kişilərdən ibarət yığma Pakistana 7 top fərqi ilə qalib gəlib. Qrupun digər oyununda Səudiyyə Ərəbistanı Əlcəzairdən aşkar üstün olub. B qrupunda Türkiyə Mərakeşə çətinliklə, İraq İordaniyaya böyük hesabla qalib gəlib.
Qadınların mübarizəsində isə Azərbaycan yığması Kameruna çətinliklə qalib gəlibsə, Türkiyə Özbəkistanı böyük fərqlə yenib.
Həm kişi, həm də qadın həndbolçulardan ibarət komandalar növbəti turun oyunlarını mayın 10-da keçirəcəklər.

Həndbol

Qrup mərhələsi
9 may (çərşənbə axşamı)

Kişilər
A qrupu
09:00. Səudiyyə Ərəbistanı – Əlcəzair – 26:13 (13:6)
18:00. Pakistan – Azərbaycan – 43:36 (20:15)

B qrupu
11:15. Mərakeş – Türkiyə – 24:27 (8:12)
20:15. İraq – İordaniya 37:15 (20:7)

Qadınlar
13:30. Tükiyə – Özbəkistan – 37:21 (16:8)
15:45. Kamerun – Azərbaycan – 26:28 (14:18)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək.

Yeniçağ.Az

www.yenicag.az

450