!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İslamiadada qızıl medal qazandı, karyerasını bitirdi: "Səni sevirəm, Azərbaycan"  

!Reklam – Yazi

Azərbaycan millisinin gimnastı Marina Durunda karyerasını ilə bağlı gözlənilməz qərar qəbul edib.

Yenicag.az xəbər o, karyerasını bitirdiyini açıqlayıb.

İslamiadada qızıl medal qazanan gimnastımız açıqlamasında ölkəmizə təşəkkür edib: “Hər şeyə görə təşəkkür edirəm, səni çox sevirəm, Azərbaycan. Daima qəlbimdə qalacaqsan. Bütün məşqçilərimə, xareoqraflara, həkimlərə və üzərimdə əməyi olanlarla “sağ olsunlar” deyirəm. Siz olmasanız, həyatda uğur qazana bilməzdim. Hamınızla ayrı-ayrılıqda görüşüb təşəkkür edə bilmədiyim üçün üzürlü hesab edin. Yenidən görüşmək ümidi ilə”.

Marina ölkə başçısı İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib: “Ölkə başçısı İlham Əliyevə, xanımı, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevaya təşəkkür edirəm. Ölkədə mənim üçün hər cür şərait yaradılmışdı. Bütün bunları unutmayacam. Sizinlə belə vidanı heç gözləmirdim. Ürəkağrısı ilə gedirəm”.

Yenicag.az

www.yenicag.az

889
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv