İslamiadanın açılış mərasiminin vaxtı bəlli oldu

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin başlama saatı bəlli olub. Yeniçağ.az-ın məlumata görə, mayın 12-də baş tutacaq açılış mərasimi saat 21:00-da başlayacaq.

Məlumata görə, tədbirin təxminən 3 saat yaxın davam etməsi planlaşdırılır.

Qeyd edək ki, mərasim Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Yarış isə mayın 22-də başa çatacaq.

Yeniçağ.az