Reklam

Reklam

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarına qatılacaq ölkələrin adları dəqiqləşib.

Yeniçağ.Az-ın xəbərinə görə, bu varədə məlumat yarışın təşkilat komitəsindən verilib. İslamiadada ev sahibi Azərbaycan olmaqla, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair komandaları futbol idman növündə qələbə uğrunda mübarizə aparacaqlar.

Hər bir futbol komandası 23 yaşına kimi futbolçulardan təşkil olunub, lakin bununla yanaşı, yaşı 23-dən yuxarı olan 3 nəfər də heyətin sıralarında oynaya biləcək. Hər bir qrupun iki ən yaxşı komandası yarımfinala çıxacaq, qızıl və gümüş medal uğrunda mübarizə aparacaq. İki uduzan komanda isə bürünc medal üçün yarışacaq. Futbol yarışları 16 matçdan ibarət olacaq və “Bayıl Arena”, “Dalğa Arena”, Tofiq Bəhramov adına Stadionu və “AZAL Arena”da keçiriləcək. 8 may tarixində yarışları yığcam formatda təşkil etmək məqsədilə birinci tur oyunlarda səkkiz komanda iştirak edəcək. 18-21 may tarixlərində oynanılacaq yarımfinal və final görüşlərinin Tofiq Bəhramov adına stadionda keçirilməsi planlaşdırılır.

Bakı 2017 İdman üzrə Direktor Mark Haniban futbol yarışları ilə bağlı bildirib: “Azərbaycanda hər zaman futbola böyük maraq göstərib. Əminəm ki, IV İslam Həmrəyliyi oyunları zamanı da futbol oyunu azarkeşlərin diqqətində olacaq. Cəmi 16 matçdan ibarət yarış elə planlaşdırılmışdır ki, komandalar sonuncu mərhələlərdə lazımi vaxt qazanaraq, yarım final və final oyunlara hazırlaşa bilsinlər. Biletlərə tələbatın çox olması gözlənilir. Əminəm ki, Azərbaycan azarkeşləri yalnız öz komandalarını deyil, Bakıya təşrif buyuracaq digər ölkələrin də ulduz futbolçularını dəstəkləyəcəklər.” Futbol yarışına biletləri 19 mart tarixindən etibarən Bakı 2017 veb saytından, yaxud Bakının müxtəlif yerlərindəki 12 satış məntəqəsindən əldə etmək olar.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 70
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."