!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İslandiya odla oynayır – Reykyavikdə Türkiyə millisinə qarşı hörmətsizlik - VİDEO

!Reklam – Yazi

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sabah İslandiyanın qonağı olacaq Türkiyə yığması Reykyavikə yollanıb.

Yenicag.az xəbər verir ki, “ay-ulduzlular” hava limanında xoşagəlməz “sürpriz”lə üzləşib.

Komanda hava limanında iki saat pasport yoxlanışında gözləməyə məcbur olub. Türkiyə yığmasının kapitanı Burak Yılmaz jurnalislərə açıqlamasında buna etirazını bildirib:

“Etdikləri hörmətsizlik və tərbiyəsizlikdir. Üç saatdır, hava limanında gözləyirik. Hər kəsin çantasını aldılar, təkrar-təkrar yoxlayırlar. Biz 6 saat yarım uçmuşuq, 3 saat da burda gözləyirik”.

Türklər İslandiyanın paytaxtında daha bir hörmətsizliklə qarşılaşıblar. Yığmanın yarımmüdafiəçisi Əmrə Belözoğlu müsahibə verən zaman özünü islandiyalı müxbir kimi təqdim edən şəxs ona mikrofon əvəzinə tualet fırçası uzadıb.

Əmrə buna heç bir reaksiya verməyib. Yaşananlarla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də hadisəyə münasibət bildirib:
“İslandların etdiyi nə diplomatik, nə də insani baxımdan, qəbul ediləndir. Heç kimin şübhəsi olmasın, lazımi işləri görəcəyik”.

Daha sonra isə Türkiyə hökuməti məsələ ilə bağlı İslanidyaya nota verib.

Qeyd edək ki, sabah keçiriləcək İslandiya – Türkiyə oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

www.yenicag.az

2059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv