Ötən gün davam edən ardıcıl zəlzələlərdən sonra İslandiyanın cənub-qərbində vulkan püskürüb.
Bu barədə İslandiyanın Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, ən təhlükəli vəziyyət İslandiyanın cənub-qərbindəki Qrindavik şəhərinin şimal hissəsindədir.
Təbii fəlakətlə əlaqədar 4 min nəfər Qrindavik sakini ətraf bölgələrə təxliyə edilib.