!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsmayıllıda iki avtomobil toqquşub

!Reklam – Yazi

скачанные файлыİsmayıllı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Muğanlı-İsmayıllı yolunun 37-ci kilometrliyində, Talıstan kəndi ərazisində qeydə alınıb.

Ağdaş sakini, 1971-ci il təvəllüdlü Arif Babayevin idarə etdiyi 10-KO-855 dövlət nömrə nişanlı “VAZ 2110” markalı minik avtomobili qarşı tərəfdən gələn İsmayıllı sakini, 1987-ci il təvəllüdlü Fariz Ağayevə məxsus 20-CL-379 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü və “Opel”dəki 2 nəfər sərnişin, 1988-ci il təvəllüdlü Gülşən Babayeva və 2000-ci il təvəllüdlü Həmid Babayev xəsarət alıblar. Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv