İsmayıllı rayon sakini Bakıda silahla yaxalandı

İsmayıllı rayon sakini Bakıda silahla yaxalanıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan İsmayıllı rayon sakini Elvin Şiralıyevdən “Revolver” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.