Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakini qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.