İsmayıllı sakinindən silah götürüldü

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumağallı kənd sakini Bədrəddin Nuralıyevdən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.aza verilən məlumata görə, həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.