İsmayıllıda ağır qəza – Piyada öldü

İsmayıllı rayonunda 41 yaşlı kişini avtomobil vurub.

Yenicag.az xəbər verir ki, Elçin Əlizadə oğlu Məmmədovun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili yolu keçən piyada, 1969-cu il təvəllüdlü Adıgözəlov Asif Ramazan oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.