!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsmayıllıda avtomobil aşıb: xəsarət alanlar var

!Reklam – Yazi

İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Yenicag.az-ın “APA”ya istiadən verdiyi xəbərinə görə, hadisə rayonun Tağlabiyan kəndində qeydə alınıb.

Kənd sakini 1967-ci il təvəllüdlü Nizami Canıyev idarə etdiyi “NİVA” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı Nizami Canıyev, həyat yoldaşı 1969-cu il təvəllüdlü Elmira Canıyeva, sərnişini 2009-cu il təvəllüdlü Gülay Mustafazadə müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

2834
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv