İsmayıllı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yenicag.az xəbər verir ki, rayon sakini Nizami Behbudov idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 2009-cu il təvəllüdlü Bağırlı Cəfər Elsevər oğlunu vurub.
Ağır bədən xəsarətləri alan 14 yaşlı yeniyetmə təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, Cəfər Bağırlı orta məktəbin 8-ci sinif şagirdidir. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.