İsmayıllıda güclü yanğın

İsmayıllıda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, İsmayıllı rayonunun Sumağallı kəndində ümumi sahəsi 162 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 12 ton ot bağlaması, yaxınlıqda dayanan traktor qoşqusunun təkərləri və qoşquya yığılan 3 ton ot bağlaması, ümumi sahəsi 90 m² olan talvarın taxta atmaları 10 m² sahədə yanıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.