İsmayıllıda ikimərtəbəli ev yandı

İsmayıllı rayonunun Təzəkənd kəndində ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verlən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.