Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İsmayıllıda qaydaları pozan sürücülər cəzalandırıldı – FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də səkilərdə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları həmin sürücülərlə izahedici söhbətlər aparıb, bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğunu onların diqqətinə çatdırıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

www.yenicag.az

196
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100