İsmayıllıda yanğın oldu

İsmayıllı rayonunun Kürdmaşı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.