İsmayıllıda yarım ton narkotik bitki aşkar edildi

İsmayıllıda yarım tona yaxın çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qalıncaq kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 532 kiloqram olan 1520 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.